Rusiyanın ABŞ-la Ukrayna üzrə danışıqları uzunmüddətli sülhün bərqərar olmasına yönəlib.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya 2014-cü ilin əvvəlindən Ukrayna böhranının həlli üçün mümkün olan hər şeyi edir. 2021-ci ilin dekabrında Rusiyanın sülh yolu ilə nizamlanmadan başqa heç bir niyyəti yox idi”, - Lavrov qeyd edib.