Rusiya BCM hakimlərinə hökm oxudu

Moskva Şəhər Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xana və BCM-in səkkiz hakiminə qarşı cinayət işi üzrə qiyabi hökm çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar 3,5 ildən 15 ilə qədər azadlıqdan məhrum ediliblər və beynəlxalq axtarışa veriliblər.