Rusiya dron hücumlarına görə neft hasilatını azalda bilər - KİV
15:32 16.09.2025
Dünya
336
Rusiyanın “Transneft” şirkəti Ukraynanın liman və neft müəssisələrinə dron hücumları səbəbindən neft hasilatını azaltmalı ola biləcəkləri ilə bağlı istehsalçılara xəbərdarlıq edib.
APA xəbər verir ki, bununla bağlı üç anonim mənbə “Reuters“ ə məlumat ötürüb.
Qeyd edək ki, Ukrayna avqust ayından bəri Moskvaya iqtisadi ziyan vurmaq məqsədilə Rusiyanın energetika obyektlərini hədəfə alır.
Ukrayna dronları Rusiyada azı 10 neftayırma obyektini vurub və ölkənin neft emalı qabiliyyətini demək olar ki 20%-ə qədər azaldıb.
Hücumlar nəticəsində Rusiyanın Baltik dənizində yerləşən Ust-Luqa və Primorsk limanlarına ciddi ziyan dəyib.
Rusiya hökuməti dəyən ziyanın həcmi ilə əlaqədar rəsmi açıqlama verməyib.
“Reuters“ ə danışan mənbələrin məlumatına görə, Ukraynanın hücumları Rusiyanın neft hasilatını tamamilə kəsə də bilər.
“Transneft” şirkəti “Reuters” in sorğularına cavab verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm