Rusiya əkdiyini biçir!- ““Fake” xəbərlərin acı nəticələri...” - Saytlar bağlanır!
Yusif Nəzərli
12:38 05.03.2022
Dünya
1020
Rusiyada sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlər davam edir.Ölkədə “Facebook”dan sonra daha bir sosial şəbəkəyə “Twitter”ə giriş məhdudlaşdırılıb. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) məlumat verilib.
BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, müharibə şəraitinə görə Rusiyada kütləvi informasiya vasitələrinə bir sıra məhdudiyyətlər tətbiq olunub:
“Nəticədə “ Exo Moskva" və "Dojd" kimi nisbətən azad, demokratik ruhlu media qurumları bağlanıb. İndi isə sosial şəbəkələrə məhdudiyyət qoyulur. Bundan başqa həm də müharibə ilə bağlı saxta xəbərlər yayan şəxslərə qarşı xüsusi qanun qəbul olunub. Cəza tədbirlərində cərimələr hətta 15 ilə yaxın həbs nəzərdə tutulub. Rusiya özü bütün dünyada saxta xəbər yayan, informasiya təbliğatı aparan, Avropanı təbliğat zərbəsi altında saxlayan bir ölkədir. O indi bu təbliğatın acı nəticələrini özü görür və ona qarşı mübarizəyə səfərbər olur”.
Professorun fikrincə, Rusiyanın KİV-ə , eləcə də sosial şəbəkələrə qoyduğu məhdudiyyətlər müharibə bitənə və ondan bir az sonrakı dövrə qədər davam edəcək:
“Ukraynada müharibə bitərkən Rusiya hərbi niyyətinə nail olsa da,bütünlükdə siyasi məqsədlərə çatmış olmayacaq. Ona görə də rəsmi Moskva bir müddət bu soyuq müharibənin təbliğatının qarşısını almaq üçün media qurumlarını, sosial şəbəkələri məhdud vəziyyətdə saxlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi