Rusiya səfiri Almaniya XİN-ə çağrılıb

Almaniya Xarici İşlər Nazirliyi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar Rusiya səfiri Sergey Neçayevin XİN-ə çağırıldığını bildirib.

APA xəbər verir ki, bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Bu gün səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın fəaliyyətini çox diqqətlə izlədiyimizi, buna qarşı tədbirlər gördüyümüzü açıq şəkildə bildirdik. Rusiyanın qəbuledilməz addımları nəticəsiz qalmayacaq”, — Almaniya XİN nümayəndəsi bildirib.