Rusiya Türkiyəyə təşəkkür etdi

Rusiya Ukrayna məsələsinin sülhə yönəlməsinə dəstəyini davam etdirməyə hazır olduğuna görə Türkiyəyə minnətdardır.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyəli dostlarımızın Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə kömək etməyə hazır olduqlarından yaxşı xəbərdarıq. Bunun üçün Türkiyə tərəfinə minnətdarıq”, - o bildirib.