Rusiya Ukraynanın əli ilə tələyə salınıb
Yusif Nəzərli
00:20 17.03.2022
Dünya
542
Münaqişənin siyasi, iqtisadi və ideoloji cəhətdən qazanan yeganə tərəfi ABŞ-dır
Ukrayna ərazisini işğal etmək məqsədi ilə savaşa başlayan Rusiya Qərbin ağır sanksiyalarına məruz qalmaqdadır. Bir müddətdir “sanksiyalara adekvat cavab veriləcək” deyən Moskva Qərb ölkələrinə qarşı bir sıra addımlar atıb. Rusiya “stop siyahısı”na qarşılıq verərək ABŞ Prezident Co Bayden və dövlət katibi Entoni Blinken başda olmaqla 13 yüksək ranqlı rəsmi şəxsə sanksiya tətbiq edib. Kreml tərəfindən vurğulanıb ki, yaxın gələcəkdə rusofob əhval-ruhiyyəli, Rusiyaya qarşı nifrətin qızışdırılmasına töhfə verən Amerika hərbçiləri, qanunvericiləri, iş adamları, ekspertlər və media adamlarının daxil edildiyi növbəti sanksiya siyahısı tərtib olunacaq.
Rusiya rəsmiləri qeyd ediblər ki, bu tədbirlər Rusiya Federasiyası Hökumətinin Rusiya iqtisadiyyatını qorumaq və onun davamlı inkişafını təmin etmək üçün maliyyə, bank və digər sahələrdə qəbul etdiyi genişmiqyaslı qərarlarla birlikdə həyata keçiriləcək. Ağ Evin sözçüsü Cen Psaki prezident Baydenin Rusiyanın sanksiya siyahısına salınmasını istehza ilə qarşılayıb. Psaki vurğulayıb ki, Rusiya sanksiyaları amerikalıların nəzərdə tutulan məqsədlərinə ciddi təsir göstərməyəcək.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya situasiyaya uyğun cavab tədbirləri görməyə çalışır. Amma siyasi cəhətdən çox uğursuz və gülməli addımlar atır. Professor deyib ki, prezident, dövlət katibi və digər rəsmi şəxslər Rusiyaya heç turist kimi də gəlmək fikrində deyillər:
“Onlar Rusiyada hansısa banka pul qoymayıblar ki, rus hökuməti hesabları dondursunlar. Moskva indiki anda “gözə kül üfürməklə” məşğuldur. Öz aləmlərində bunu “ağıllı” addım, sanksiyalara “adekvat cavab” kimi görürlər.
Qərbin Rusiyaya qarşı hərtərəfli sanksiyaları isə kifayət qədər təsirlidir. Əgər Rusiya Qərbin sanksiyalarına tab gətirə bilsə, bir müddət sonra ölkə iqtisadiyyatı müəyyən mənada bundan faydalana da bilər. Rusiya tədricən idxalı əvəzləyəcək malları istehsal etməyə başlayar. Bunun üçün rusların zəngin resursları və elmi potensialı var. Düzdür, Rusiyada olan biznesmenlərin milyard dollarları ABŞ tərəfindən mənimsənilib. Amerika rəsmən elan edib ki, ölkədəki rus oliqarxların 867 milyard dollar vəsaiti dondurulub. Amma Moskva əlində qalan vəsaitlərlə müəyyən işlər görə bilər. Reallıq isə odur ki, həm Qərbi Avropa, həm Rusiya Ukraynanın əliylə ABŞ-Böyük Britaniya tərəfindən peşəkarcasına siyasi tələyə salınıb. Münaqişənin siyasi, iqtisadi və ideoloji cəhətdən qazanan yeganə tərəfi ABŞ-dır”.
C.Nuriyev vurğulayıb ki, Rusiya məruz qaldığı sanksiyalara görə çökmək həddinə gəlib çatacaq:
“Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın əlində Qərbi Avropanı təhdid etmək üçün rıçaqlar var. Avropanın enerji təhlükəsizliyinin 40 faizdən çoxu Rusiyanın payına düşür. Məhz o səbəbdən Qərbi Avropa ölkələri Kreml əleyhinə sərt sanksiyalara getməlidilər. Lakin ABŞ Rusiya təhdidi ilə Avropa dövlətlərini qorxudaraq müdafiə xərclərinin artırılmasına nail oldu. Avropa qitəsində vahid mövqe nəzərə çarpmır, çünki tez-tez mövqeyini dəyişən Fransa kimi ölkələr var. Faktiki olaraq Avropa siyasi lidersiz, kompassız gəmi kimi hərəkət edir. Nəzərə alaq ki, dünyanı taxılla təmin edən ölkələrin siyahısında ilk dördlükdə Rusiya və Ukrayna dayanır. Bu məqamlar Ağ Evin işinə yarayır. Qısa zaman sonra Avropa, ələlxüsus qitənin qərb ölkələri çox ciddi iqtisadi problemlərlə üzləşəcək və tamamilə Vaşinqtonun təsir dairəsinə düşəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya