Rusiyanın işğalı altında olan Krımda mobil rabitəyə sərt məhdudiyyətlər tətbiq olunub.
Axar.az xəbər verir ki, bu barədə “Nyus Sirena” məlumat yayıb.
Belə ki, mobil rabitə əlaqəsi sutka ərzində 16 saat olmayacaq.
Cankoy şəhərində mobil rabitə və internet artıq gündə cəmi səkkiz saat işləyəcək — operatorların xidmətlərindən yalnız saat 08:00–12:00 və 14:00–18:00 aralığında istifadə etmək mümkün olacaq. Günün qalan vaxtında isə şəbəkə tamamilə söndürüləcək.
Məhdudiyyətlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Cankoy yarımadanın şimalında yerləşən əsas avtomobil və dəmir yolu nəqliyyat qovşağıdır. Rusiya ordusu bu şəhərdən cənub istiqamətindəki hərbi qruplaşmasının logistika və təchizatı üçün fəal şəkildə istifadə edir.