"Rusiyanın Avropa Şurasından çıxarılması heç nəyi dəyişməyəcək"
Yusif Nəzərli
02:30 11.03.2022
Dünya
548
Əhəd Məmmədli: "Onsuz da Rusiyaya qarşı sanksiyalar pik nöqtədədir və maksimum təzyiq edilib"
Rəsmi Moskva bundan sonra Avropa Şurasında iştirak etməyəcəyini bəyan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Rusiyaya qarşı dost olmayan AB və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirir. Hadisələrin gedişi dönməz xarakter alır. Rusiya bundan sonra Avropa Şurasında iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar”, - sənəddə deyilir.
Qeyd edək ki, Avropanın qaz ehtiyacının 41 faizini Rusiya ödəyir. Yəni tərəflər arasında iqtisadi asılılıq mövcuddur. Buna görə də Rusiya və Avropa arasında münasibətlərin pisləşməsi və əlaqələrin kəsilməsinin yaradacağı fəsadlar hər iki tərəf üçün ağır olacaq. Nəticədə, Rusiya iqtisadiyyatı çökə, Avropa ölkələrinin əhalisi isə soyuqdan donmaq təhlükəsi ilə üz-üzə qala bilər.
Moskvanın AŞ-dən imtina etməsi ilə bağlı bəyanatını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli qeyd edib ki, bu addım heç nəyi dəyişməyəcək:
“Avropa Şurası BMT kimi amorf təşkilatdır. Ümumiyyətlə, belə təşkilatların artıq dünya siyasətində ciddi şəkildə nəyisə dəyişəcək gücləri yoxdur. Onsuz da AŞ-nin Rusiyada təzyiq imkanları mövcud deyildi. Sadəcə, Rusiya təşkilata üzvlük haqqını ödəyirdi. Ona görə də bu addım Kreml üçün heç nəyi dəyişməyəcək. Onsuz da Rusiyaya qarşı sanksiyalar pik nöqtədədir və maksimum təzyiq edilib.
Ancaq qaz məsələsi ilə bağlı problem yarana bilər. Əgər Avropa Rusiya qazının idxalından imtina etsə, bu, həqiqətən Kreml üçün ciddi zərbə olacaq. Lakin hələ Almaniya, Fransa və digər Avropa ölkələri rus qazının idxalını dayandırmayıblar. Çünki Makron da qeyd etdi ki, əgər rus qazından imtina etsək, növbəti il Avropa soyuqdan donacaq. Bu səbəbdən, Rusiyanın AŞ-dən çıxarılması ciddi təzyiq forması hesab edilə bilməz”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət