
Rusiyanın nüvə Mesajı: Belarusa hücum olarsa istifadəyə haqqı var -RƏY
11:33 23.10.2024
Dünya
559
Rusiya Belarusa yönələn aqressiya səbəbindən nüvə silahından istifadə oluna bilər. Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov hər iki ölkənin Müdafiə nazirliklərinin Minskdəki kollegiya iclasında deyib. O həmçinin ölkəsi ilə Belarus arasında İttifaq dövləti çərçivəsində tərəfdaşlığı xatırladıb. Rusiyanın yenilənmiş nüvə siyasətini şərh edən A.Belousov əlavə edib ki, bunu qlobal səviyyədəki reallıqlar tələb edir. Dünyada hərbi-siyasi reallıqlar dəyişib. Rusiya da öz siyasətini buna müvafiq olaraq həyata keçirir. Belə olan şəraitdə Belarusa qarşı istənilən hərbi aqressiya cəhdinə nüvə silahı ilə cavab veriləcəyini istisna etmirik.
Politoloq Azad Məsiyev “Sherg.az”a söyləyib ki, Rusiya və Belarus həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa malik olan ölkələrdir:

"Belarusun təhlükəsizliyinə cavabden olan ölkə Rusiyadır. Həmçinin iki ölkə arasında stratrji, iqtisadi və hərbi sahədə əməkdaşlıq mövcuddur. Xatırlatmaq lazımdır ki, 2020-ci ildə Amerika Birləşmiş Ştatları və Qərb Belarusda dövlət çevrilişi etməyə cəhd göstərdi. Bununla da Belarusdan Rusiyaya qarşı istifadə etməyə cəhd göstərmək niyyəti güdürdülər. Amma prezident seçkilərində sözügüdən hadisə baş tutmadı. Ümumilikdə Qərb Belarusda hakimiyyəti öz təsiri altına almağa çalışır. Yəni Amerika başda olmaqla Qərb Rəsmi Minskə qarşı sanskiyalar tətbiq etməklə iqtisadi çöküş yaratmaq istəyir. Digər tərəfdən NATO Rusiya sərhədlərinə doğru irəliləməkdədir. Finlandiyanın alyansa daxil edilməsi buna bariz nümunədir. Beləliklə Rusiya ətrafında NATO blokunu gücləndirirlər. Rusiya isə özünə və Belarusu Qərbdən gələcək təhlükən qorumaq üçün Belarusiyada nüvə doktrinasına yenidən baxıb. Əgər Rusiya və Belarus üçün müəyyən təhlükə yaranarsa, rəsmi Moskva həmin silahlardan istifadə etmək hüququna malikdir. Bu yaxınlarsa Belarus prezidenti açıqlamasında bildirdi ki, Qərbdən gələcək təhlükəyə qarşı həmin silahlardan istifadə olunacaq. Amerika başda olmaqla Qərbin Rusiya və Belarusa qarşı apardığı siyasət bəşəriyyət üçün təhlükə yaradacaq prosesin başlanğıcıdır. Yəni Ukrayna müharibəsinin sonu daha təhlükəli tendensiyaya gətirib çıxarar. Çünki Amerika Birləşmiş Ştatları Ukraynanı Rusiyaya qarşı istifadə etmək üçün ən yeni silahlarla təmin edə bilər ki, bu da Rusiyanın nüvə silahından istifadə etməsinə səbəb olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə