Ruslar Bodruma 300 milyon dollarlıq yatırım qoyub
15:03 07.03.2021
Dünya
534
“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç başda olmaqla digər məşhurlardan iş adamı Aleksandr Stevakov, Ukrayna prezidenti Vladimir Zelenski, rusiyalı müğənni Natalya Lonova istirahət və əlbəttə ki qazanc yeri kimi Bodrumu seçib. Bodrum bələdiyyə başqanı Əhməd Aras rus və ukraynalı media fenomenlərini bir araya gətirərək mühüm açıqlamalar verib. Bələdiyyə başqanı bildirib ki, ruslar Bodruma 300 milyon dollarlıq investisiya yatırmağı planlaşdırır.
Başqan deyib ki, Bodrum dünyaca məşhur Sant-Trope və Kann turizm mərkəzləri ilə yarışır. Ötən il Bodruma gələn turistlər arasında ən çox rusiyalılar və ukraynalılar olub. Onların bir çoxu Bodrumda yatırım qoyaraq burada yaşamağa başlayıb.
Ukraynalılarsa, qısası “Bodrum aşiqi”dirlər. Burada yaşamağa qərar verənlərin sayı diqqət çəkən bir şəkildə artmağa başlayıb. 1200 Rusiya vətəndaşı Bodrumda mənzil alıb. 1000-dən artıq da ukraynalı həm mənzilə sahibləniblər, həm də yatırım qoyublar. İllərdir dünyaca məşhur isimlər lüks yaxtalarıyla Bodruma gəlir. Məsələn, Roman Abramoviç demək olar hər il tətilini Bodrumda keçirir. Abramoviçdən savayı Viktor Paşnikov, Aleksandr Abramov kimi tanınmış milyarderlər Bodrumun önəmli ziyarətçiləri sırasındadır. Siyasət və sənət dünyasının ünüləri də Bodrumu seçir. Ukrayna pezidenti Zelenski ötənilki seçimlərdən dərhal sonra stress atmaq üçün Bodruma gəlmişdi. Ruslar və ukraynalılar Bodrumu o qədər sevir ki, “haralısınız?” sualına “bordurluyuq” cavabını verirlər. Bodrumun daha bir üstünlüyü burada Avropaya sadəcə 30 dəqiqəyə gedə bilməkdir. Turistlər bu amili də nəzərdən qaçırmır. Bodrumdan dünyanın müxtəlif ölkələrinə səfər etmək asan olduğu üçün iş adamları bu imkandan yararlanır. Tanınmış rus brendləri və restoranları Bodrumda şöbələrini açır, turizm sektoruna yatırım edirlər. Hazırda söhbət 300 milyon dollarlıq yatırımdan gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya