Şarl Mişel gedir: Brüsselin ən vacib kreslolarından biri Viktor Orbanın əlinə keçə bilər
Yusif Nəzərli
03:00 09.01.2024
Dünya
458
Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edir
Avropa Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak etmək qərarına gəlib. O deyib ki, Avropa Şurası iyunun sonu və ya iyulun əvvəlində varisini gözləyə və təyin edə bilər. Mişel iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa Şurasının rəhbəri vəzifəsini icra etmək niyyətindədir. O, 2019-cu ildən bəri Avropa Şurasına rəhbərlik edir. Bundan əvvəl Belçika hökumətinin rəhbəri olub. Səlahiyyət müddəti 2024-cü il noyabrın sonunda başa çatır. Avropa Parlamentinə seçkilər 6 iyun tarixdən 9-na qədər olacaq. Onların ardınca Avropa Komissiyasının yeni tərkibinin təsdiqi və Avropa Şurasının yeni prezidentinin seçilməsi keçiriləcək. Şarl Mişelin vaxtından əvvəl istefa verərək Avropa Parlamenti sədrliyinə namizəd olacağını açıqlaması AB Şurası rəhbəri vəzifəsini Viktor Orbanın ilin sonuna qədər tuta biləcəyi ehtimalını gündəmə gətirib. Lakin Şarl Mişel deyib ki, Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının hazırkı Prezidenti Şarl Mişel istefa verəcəyi təqdirdə quruma rəhbərlik edə bilməyəcək: “AB-nin başqa varis seçmək üçün kifayət qədər vaxtı var. Avropa Şurasının bu strukturun prezidenti kimi Viktor Orbandan qaçmaq üçün çox yolları var".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Şarl Mişel Aİ lideri kimi ilk dəfə bu Qurumun Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında yaxından iştirak etməsinə nail olub. Ekspert xatırladıb ki, 2021-ci ilin yayına qədər tam olaraq proseslərlə bağlı fikri formalaşmayan Mişel Bakıya səfəri zamanı Azərbaycan prezidenti ilə görüşüb:
"Həmin görüşdən sonra Aİ Azərbaycana və Ermənistana maliyyə ayrılması ilə bağlı birinci qərarından imtina edərək bərabər yardım ilə bağlı yekun nəticəyə gəlib. Ən önəmlisi isə Brüssel görüşlərində Şarl Mişel "Dağlıq Qarabağ", "müstəqillik", "ayrılma" və sair kimi saxta erməni ifadələrindən istifadə etməyib. Keçirilən bütün görüşlərdə Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin prinsipial davranışları nəticəsində möhkəmlənib. Lakin E.Makronun proseslərə müdaxiləsi və onun Brüsselə, şəxsən Mişelə təzyiqi Avropa İttifaqının sülh danışıqlarından bir qədər uzaqlaşması ilə nəticələnib. Sözsüz, Avropa İttifaqını və Avroparlamenti gözləyən seçkilər Makronun istəklərinə baxmayaraq, qoca qitənin diqqətinin daha çox daxili məsələlərə yönəlməsi ilə başa çatacaq".
Z.Məmmədov qeyd edib ki, Qərb mətbuatı həyəcan siqnalı çalaraq bu ilin yayında dərhal Aİ prezidentliyinə namizədin seçilməsinin vacibliyini yazır:
"Əks təqdirdə, 2024-cü ilin ikinci 6 ayı ərzində Brüsselin ən vacib kreslolarından biri Viktor Orbanın əlinə keçə bilər. "Politico" nəşri yazıb ki, Viktor Orban Şarl Mişel istefa verəcəyi təqdirdə müvəqqəti olaraq Avropa İttifaqına rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak edərsə və seçilərsə, Aİ liderləri vakant postu doldurmaq üçün varis haqqında dərhal razılığa gəlməlidir. Əgər buna nail ola bilməsələr, Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının işinə rəhbərlik edəcək. Sözsüz, ABŞ, Fransa və Almaniya sükanın macar nümayəndəyə verilməməsi üçün əllərindən gələni edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region