
Səbr kasası daşır: Rusiya prosesi uzatmağa çalışarsa, ABŞ-nin sərt mövqeyi qaçılmaz olacaq
12:58 21.08.2025
Dünya
442
Rusiya ilə Ukrayna arasında davam edən müharibə beynəlxalq gündəmin əsas mövzularındandır. Son dövrlərdə Rusiyanın həyata keçirdiyi kütləvi hücumlar onun işğalçı niyyətlərini bir daha ortaya qoyur. Bu prosesdə ABŞ-nin, xüsusilə də Donald Trampın mövqeyi həlledici rol oynaya bilər. Trampın dəyişkən siyasəti və Alyaska görüşü münaqişənin gələcək gedişatına təsir edən əsas amillərdəndir.
Lakin görünən odur ki, Moskva silahı əlindən yerə qoymaq istəmir. Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib, nəticədə isə raketlərdən biri ABŞ-nin elektronika istehsalı zavoduna düşüb.
Politoloq Oqtay Qasımov Sherg.az-a Rusiyanın sərgilədiyi mövqedən söz açıb:

"Rusiyanın gecə saatlarında Ukrayna ərazilərinə həyata keçirdiyi kütləvi dron və raket hücumları onun işğalçı niyyətlərini bir daha ortaya qoyur. Bu fakt göstərir ki, Rusiya əslində Ukrayna ilə danışıqlara getmək niyyətində deyil. Əksinə, "danışıqlar" adı altında prosesi manipulyasiya edərək yalnız imitasiya yaratmağa çalışır. Məqsəd isə bu prosesdən istifadə edərək Ukrayna ərazilərini tədricən işğal etməkdir. Rusiyanın bu aqressiv davranışlarına ABŞ-də münasibət birmənalı deyil. Xüsusilə də Donald Trampın açıqlamaları və mövqeyi tez-tez dəyişdiyindən Vaşinqtonun gələcək addımlarını proqnozlaşdırmaq çətinləşir. Bununla belə Alyaskada baş tutan görüş Tramp üçün strateji əhəmiyyət daşıyırdı. O, hər vəchlə bu münaqişəni dayandırmağa və diqqətini başqa istiqamətlərə yönəltməyə çalışır.
Politoloq Vladimir Putinin Trampın və onun komandasının diplomatik təcrübəsinin məhdudluğundan istifadə edərək prosesi uzatmağa cəhd göstərdiyini söyləyib:
"Rusiya bu yolla prosesi ya ləngitmək, ya da strateji baxımdan öz xeyrinə gecikdirmək istəyir. Putin Ukraynanı sonda öz şərtləri ilə təslimçilik aktına imza atmağa məcbur etməyə çalışır.
Tramp təxminən bir ay əvvəl Putinə əvvəlcə 50 gün, sonra isə əlavə 10 gün vaxt vermişdi. Bu müddətin sonunda Putin onunla görüşməyə razılıq verdi. Alyaska görüşünün nəticələrinə baxıldıqda, ilkin təəssürat olaraq Putin uduşlu çıxan tərəf kimi görünməkdədir. Tramp isə ehtimal ki, Rusiyanın bu davranışlarına hələlik müəyyən səbir nümayiş etdirəcək. Lakin Rusiya prosesi daha da uzatmağa çalışarsa, ABŞ-nin daha sərt mövqe nümayiş etdirməsi qaçılmaz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə