
Səudiyyə Ərəbistanının əsas məqsədi Fələstin dövlətinin qurulmasıdır -ŞƏRH
11:49 07.02.2024
Dünya
787
Səudiyyə Ərəbistanı yalnız Fələstin dövlətini tanıdığı və qoşunlarını Qəzza zolağından çıxaracağı təqdirdə İsraillə diplomatik münasibətləri normallaşdıracaq.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Krallıq ABŞ administrasiyası ilə 1967-ci il sərhədləri və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti tanınmadan, habelə İsrailin Qəzzada təcavüzünə son qoyulmadan Təl-Əvivlə diplomatik münasibətlərin olmayacağına dair qəti mövqeyini müzakirə edib”, - məlumatda bildirilib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ərəb ölkələri ilə İsrail arasında münasibətlər tarixi etnik və siyasi düşmən kontekstində inkişaf edir:
"Bir neçə dəfə Ərəb dövlətlərinin həm ittifaq, həm də ayrı-ayrı ölkələr şəklində İsrail ilə münaqişələrinin şahidi olmuşuq. Nəticə etibarilə İsrail və Ərəb dövlətləri arasındakı münasibətlər indi də müəyyən təzadlar ilə qarşılaşır. Eyni zamanda İsrail çevrəsinin tamamilə Ərəb dövlətləri ilə əhatə olunmasını özünün milli-maraqları üçün təhdid hesab edir. Buna görə də İsrailə radikal düşmən kəsilən Fələstinin müstəqilliyini istəmir. Eyni zamanda Ərəb dövlətləri də İsraili bölgəyə xarici qüvvələri gətirən pozucu qüvvə kimi qiymətləndirirlər".

Ekspert onu da qeyd edib ki, Ərəbistanı və İsrail arasındakı münasibətlərə daha çox yeni geosiyasi vəziyyətdən baxmaq lazımdır:
"Çünki Səudiyyə Ərəbistanı bir vaxtlar Amerika ilə dərin əlaqələr içərisində olub. Həmin əlaqələr isə Səudiyyə Ərəbistanını İsrailə qarşı sərt mövqe göstərməməsinə təsir edirdi. Amma son vaxtlar Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarının təsir dairəsindən çıxmağa çalışır. Yəni Səudiyyə Ərəbistanı İsrail siyasətində Amerika basqısından qorxmur və rahat addımlar ata bilmə potensialına sahib olduğunu düşünür. Eyni zamanda dövlət idarəetməsində nə qədər siyasət önəmli olsa da, milli kimlik məsələsi də həmişə üst səviyyədədir. Ona görə də Ərəb dövlətləri qeyri-etnik bir dövlətin öz soydaşlarına qarşı addımlar atmasını qısqanclıq kimi qəbul edir. Amma hazırkı vəziyyətdə Səudiyyə Ərəbistanının İsrailə qarşı savaş elan etməsini gözləmək mümkün deyil. Çünki Səudiyyə Ərəbistanı hələ Amerika ilə əlaqələrindən tam qopa bilməz. Burada iqtisadi iqtisadi maraqlarla yanaşı ortaq düşmənləri olan İran da əsas məsələdir. İndiki halda Səudiyyə Ərəbistanının əsas məqsədi Fələstin dövlətinin qurulmasıdır. Çünki Fələstin dövlətinin yaradılması yeni Ərəb dövlətinin qurulması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat