Səudiyyə Ərəbistanı ordusu daha bir pilotsuz təyyarəni ələ keçirib.
Səudiyyə Ərəbistanı ordusu Əl-Xarc əyalətinin şərqində bir PUA-nı zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin, Ər-Riyad əyalətinin Əz-Zülf şəhərində yaşayış məntəqəsinə pilotsuz təyyarə düşüb və məhdud maddi ziyana səbəb olub, xəsarət alan yoxdur.