Sözün bitdiyi yer…Körpələr küvəzlərin içində ölür
10:55 13.11.2023
Dünya
483
İsrail ordusuyla Həmas qruplaşması arasın da davame dən qanlı toqquşmaların dəhşətli nəticəsi Qəzzadakı xəstəxanalarda daha aydın hiss olunur. Xəstəxanalar elektrik enerjisinin kəsilməsi, yanacaq qıtlığı səbəbindən xidmət göstərə bilmir. Təhlükə körpələrin həyatını tam mənasıyla məhv edir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Qəzzadakı Şəfa xəstəxanasında erkən doğum səbəbindən küvəzə qoyulmuş 2 körpə süni nəfəs aparatı işləmədiyi üçün həyatını itirib. 36 körpənin həyatı isə hazırda təhlükə altındadır.
Xəstəxananın reanimasiya şöbəsində cihazlara bağlı 4 xəstə məhz cihazlar çalışmadığından vəfat edib. Tibbi personal xəstələrə süni nəfəs verərək yaşatmağa çalışır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzadakı 36 xəstəxanadan 20-si mövcud vəziyyətdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Və ÜST bundan dərin narahatlığını bildirib. Xəstəxana rəhbərliyi isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə durum haqqında məlumat verib, körpələrin, ağır vəziyyətdə olan xəstələrin daha güvənli bir yerə təxliyə edilmıəsi üçün yardım istəyib. BMT-nin humanitar yardım məsələləri üzrə məsul işçisi Martin Griffiths sosial mediadan “qorxunc xəbərlər” aldıqlarını bildirərək “səhiyyə müsəssisələrində elektriksiz, qidasız və susuz qalan xəstələrə, mülki əhaliyə atəş açılmasına heç kim haqq qazandıra bilməz. Xəstəxanalar savaş məkanı deyil, insanların sığına biləcəkləri yer olmalıdır ”, qeydini edib. İsrail ordusu mülki əhalini, xəstəxanaların yerləşdiyi əraziləri atəş altında saxlamaqda davam edəcəksə, Qəzza nəhəng bir məzarlığa çevriləcək. Həm də körpə məzarlığına.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial