
Stoltenberq gecikib: Geri dönüş yoxdur -ŞƏRH
09:44 19.02.2024
Dünya
602
"Əgər Prezident Putin Ukraynada qalib gəlsə, bu, bizim üçün də problemdir".
Bunu NATO Baş katibi Yens Stoltenberq alyasın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
O bildirib ki, bu, Putinlə yanaşı digər avtoritar rejimdə olan ölkə liderlərlərinə - Si Cinpinə hərbi güc tətbiq etməklə istədiklərinə nail olmağı aşılayır:
"Ukraynada olanlar sabah Tayvanda da baş verə bilər. Bu, bizim və ABŞ-nin təhlükəsizliyi üçün vacibdir. Buna görə də mənim gözləntim odur ki, bu, ABŞ Konqresində qərarda öz əksini tapsın. Müstəqil suveren Parlament və ya Milli Assambleya adından nəyəsə zəmanət vermək mənim işim deyil, amma mesajlara, siyasi reallığa və ABŞ-nin təhlükəsizlik maraqlarına əsaslanaraq, prezident Putinin qalib gəlməsinə imkan verməyəcəklərini gözləyirəm. Digər tərəfdən təbii ki, ABŞ-nin indiyə qədər qərar verə bilməməsi artıq öz nəticələrini verib. Bu, yardım axınına təsir göstərir", - Stoltenberq qeyd edib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Yens Stoltenberqin bəyanatı gecikmiş açıqlamadır:

“Stoltenberq bu açıqlamanı 2022-ci ilin fevral ayında etsə idi, Rusiyanın Ukraynaya hücüm etmək həvəsi qalmazdı. Çox təəssüf ki, müharibənin gedişatından 2 il sonra belə qərar alınıb. Məsələyə baxan zaman Trampın vaxtilə NATO ölkələrinə olan xəbərdarlığı ağıla gəlir. O bildirmişdi ki, hər bir NATO üzvü olan ölkə öz müdafiə patensialını artırmalıdır. Eyni zamanda öz büdcəsindən müdafiə patensialının artırılması üçün vəsait ayırmalıdır. Bunu etməyən ölkələrə isə heç bir yardım göstərilməyəcək demişdi. Üstündən bir neçə il keçməsinə rəğmən artıq NATO ölkələrinin müdafiə büdcələrinin artırılmasına ehtiyac olduğunu görürük. Əgər zamanında Trampın çağırışına əməl edilsə idi, bu gün Ukrayna-Rusiya savaşı da olmazdı. Nəticə etibarilə də Rusiyanın Ukraynanı işğal etmək planları alt-üst olardı. İndi isə bu məsələnin geri dönüşü yoxdur. Ona görə də Yens belə açıqlama verməklə hər bir ölkəni müdafiə xərclərini artırmağa, Rusiyanın Ukraynada müvəffəqiyyətini qırmağa çağırır. Çünki bu birinci növbədə NATO üzvü olan Baltik ölkələrinə təsir edəcək. Rusiyanın orada Sovet İttifaqından qalan maraqları mövcuddur. Əgər Rusiya Baltik cumhuriyyətlərində də eyni müvəffəqiyət qazansa, sıra Firlandiyaya gələcək. Firlandiya NATO üzvü olaraq həm Rusiya imperiyasına, həm də Sovet İttifaqına qalib gəlmiş nadir qonşu dövlətlərdəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi