ABŞ Senatında demokratların lideri Çak Şumer prezident Donald Trampın xalqa müraciətində seçki sistemi ilə bağlı səsləndirdiyi bəyanatların noyabrda keçiriləcək aralıq Konqres seçkiləri ilə əlaqəli olduğunu bildirib.
Sherg.az xəbər verir ki, "The Hill" nəşrinin yaydığı məlumata görə, Şumer Trampı seçki siyasətini dəyişmək əvəzinə səsvermədən əvvəl seçki prosesini manipulyasiya etməyə çalışmaqda ittiham edib.
Demokrat senator Trampın çıxışını 2020-ci il prezident seçkilərindəki məğlubiyyətini inkar etmək cəhdi kimi qiymətləndirib. O, həmçinin Respublikaçı prezidentin siyasətinin amerikalıların həyatını bahalaşdırdığını və onları "lazımsız müharibə" ilə təhlükə altına qoyduğunu iddia edib.
Qeyd edək ki, Tramp xalqa müraciətində ABŞ seçki sisteminin xarici müdaxiləyə məruz qalmasına dair sənədlərin məxfiliyinin götürülməsi barədə göstəriş verdiyini açıqlayıb. O, həmçinin 2026-cı ilin noyabrında keçiriləcək aralıq Konqres seçkilərinin xarici müdaxilədən qorunması üçün əlavə tədbirlər görüləcəyini bildirib.