Super-güc sahibləri: Alimlər bu insanları araşdırıb
08:12 30.01.2024
Dünya
418
70 il su içməyən, buzun içində dayanan, gözləri rentgen adam…
Dünyada istedadlı, güclü, qabiliyyətli insanlar çoxdur. Qeyri-adi xüsusiyyətlərə malik insanlar da. Bu insanların qeyri-adi gücünün, xüsusiyyətinin mənbəyi elm dünyasını həmişə düşündürüb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Hindistanda yaşayan din xadimi Prahlad Jani 70 ildir su içmir. O iddia edir ki, damağında bir dəlik var, onun sayəsində bədəninə su daxil olur. Bu şəxs barədə Hindistanın qərbindəki Əhmədabad şəhərində yerləşən Sterling Xəstəxanasının həkimləri araşdırma aparıb. Məlum olub ki, bu şəxs 2010-cu il ərzində nə bircə dəfə yemək yeyib, nə də su içib. 82 yaşlı adam bu müddət ərzində sadəcə ağzını suyla qar-qara edib və çimib. Bunlardan savayı heç nə yeməyib, içməyib. 15 gün müddətində idrar da çıxarmayıb. Din adamı bildirib ki, məqsədi insanın dözümünü yoxlamaqdır. Lakin o, 2020-ci ildə 91 yaşında vəfat edib. 6 övlad atası, 64 yaşlı Vim Hof isə soyuğa qarşı rekord qıran adam kimi tanınıb. O, şortikdə Kilimancaro dağına çıxıb, buz parçalarıyla dolu yerdə 112 dəqiqə dayanıb, qar üzərində yalın ayaqla qaçıb. “Buz adam” adlandırılan Vim Hof soyuğu sevmədiyini, ondan nifrət etdiyini deyib. O, sağlamlıq üçün özünün "im Hof üsulu”nu yaradıb. Bu üsul 3 mərhələdən ibarətdir: dərindən nəfəs almaq, soyuq suda yuyunmaq və beynin buna yönəlməsi. Niderlandlı “Buz adam”ın gəldiyi nəticə belədir: soyuqla müalicədən əvvəl beyin təmizlənməli, heç bir şey haqqında düşünüməməlidir. Vyetnamlı kəndli Tai Ngoc isə 50 ildir yatmadığını iddia edir. 81 yaşlı adamdan həkimlər niyə yatmadığını soruşduqda o, “heç bir fikrim yoxdur. Yorulmamışam, yuxum gəlmir”, deyib. Tai Ngoc deyib ki, başqaları gecələr yatarkən o, çöldə ot yığır, torpağı şumlayır. Vyetnamda bu adamın heç yatmadığı bilinəndən sonra o, məşhurlaşıb. Xarici media onun barəsində sənədli film təklifləri irəli sürüb, lakin o, təklifləri rədd edib. Həkimlərsə iddia edir ki, yatmamaq Vyetnam müharibəsində aldığı travmaların, keçirdiyi stresin təsiri də ola bilər. Nataşa Demkina isə insanın daxili orqanlarını gözləri ilə rentgen şüası kimi görə bildiyini iddia edir. Gənc qadın iddia edir ki, gözləri insanların daxili orqanlarına nüfuz etmək qabiliyyətinə malikdir. N.Demkina eyni zamanda həkimdir. Və bildirir ki, ona müraciət edən xəstələri rentgen aparatı ilə deyil, gözlərinin qeyri-adi görmə qabiliyyəti sayəsində müayinə edə bilir. Başqa bir xüsusi qabiliyyətə malik insan Ben Undervooddur. O, uşaq yaşlarında xərçəng xəstəliyinə tutulub. Və görmə qabiliyyətini tamamilə itirib. Lakin yeniyetmə yaşlarında sərbəst hərəkət etməyə başlayıb. Heç bir yardımçı vasitədən də istifadə etməyib. O, eşitmə hissindən istifadə edərək və dişlərini bir-birinə vuraraq insanlar arasında dolaşmağa başlayıb. Gənc oğlan anasıyla avtomobildə gedərkən qəfil “yanından keçdiyimiz böyük binada nı yerləşir?” sualını verərək anasını heyrətə gətirib. Həkimlər hesab edir ki, görmə qabiliyyətinin itirilməsi eşitmə qabiliyyətinin yüksək inkişafını təmin edib. Bunun sayəsində Ben ətrafda baş verənləri çox gözəl duyur və bu duyğuyla hərəkət edir. Ben başqa yeniyetmələr kimi sərbəst dolaşır, basketbol oynayır və velosiped sürür. Gənc adam 16 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya