Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra formalaşdırılan yeni Xalq Məclisinin ilk iclası ölkə Prezidenti Əhməd əş-Şəraanın sədrliyi ilə keçirilib.
Sherg.az xəbər verir ki, iclasda deputatlar and içiblər. Tədbirdə xarici işlər naziri, daxili işlər naziri və ədliyyə naziri də iştirak ediblər.
Çıxışında Əhməd əş-Şəraa Suriyanın yeni tarix yazdığını bildirib və ölkənin yenidən qurulması, dövlət institutlarının gücləndirilməsi, iqtisadiyyatın bərpası və investisiyaların təşviqi üçün birgə fəaliyyətə çağırıb.
Qeyd edək ki, prezidentin təyin etdiyi 70 üzvün fəaliyyətə başlaması ilə Xalq Məclisinin ümumi üzvlərinin sayı 210-a çatıb.