Tramp: Artan neft qiymətləri ilə mübarizə planımız var

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə fonunda neftin qiymətinin kəskin artmasına qarşı planının olduğunu deyib.

Teleqraf xəbər verir ki, o, bunu " New York Post" qəzetinə müsahibəsində bildirib.

"Hər şey üçün bir planım var, yaxşı? Hər şey üçün bir planım var. Çox məmnun qalacaqsız", - Tramp qeyd edib.

Nəşrin məlumatına görə, Brent markalı xam neftin bir barelinin qiyməti 119,50 dollara çatıb ki, bu da 27 fevralda qeydə alınan 72,48 dollar səviyyəsindən 65% yüksəkdir.