Tramp Britaniyanın baş naziri ilə müdafiə xərclərini müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Endi Börnemlə görüşündə Londonun müdafiə xərclərinin artırılması məsələsini müzakirə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrinə istinadən məlumat yayıb. Görüş sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində nəzərdə tutulub. Nəşrin məlumatına görə, Britaniya və Avropanın müdafiə xərcləri Trampı narahat edən əsas məsələlərdən biridir.

Börnem hökuməti Britaniyanın müdafiə xərclərini 2035-ci ilədək ÜDM-in 3,5 faizinə çatdırmaq öhdəliyini təsdiqləyib. Baş nazir eyni zamanda müdafiə xərclərinin artırılmasının sosial təminatın hesabına həyata keçirilməməli olduğunu bildirib.

“The Daily Telegraph” yazır ki, Börnem Tramp ilə ilk üzbəüz görüşündə Vaşinqtonla münasibətləri yenidən gücləndirməyə çalışacaq. Görüşdə Ukrayna məsələsinin də gündəmə gətiriləcəyi gözlənilir.