
Tramp gəldikdən sonra Amerikanın Suriyada mövcudluğu daha da genişləndiriləcək -Politoloq
11:17 10.12.2024
Dünya
271
ABŞ Suriyadakı hərbi mövcudluğunu genişləndirməyi planlaşdırmır. Bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinq brifinqdə bildirib.
“Ali baş komandanın etdiyi və ya tələb edilən hər hansı dəyişiklik yoxdur”, - Sinq qeyd edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken deyib ki, Prezident Bəşər Əsədin devrilməsindən sonra ABŞ-nin Suriyada aydın və uzunmüddətli maraqları var idi. Onun sözlərinə görə, Vaşinqton Suriyada qalan hər hansı kütləvi qırğın silahlarının və ya onun komponentlərinin yanlış əllərə düşməməsini istəyir. Buna görə də Suriyada əsas maraq İslam Dövləti terrorçularının meydana çıxmasının qarşısını almaqdır.
Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, ABŞ-da Bayden administrasiyası başqa, yanvar ayından etibarən fəaliyyət başlayacaq Tramp isə başqa bir qərar verə bilər:

"Trampın İsrailə olan münasibətindən açıq şəkildə görə bilərik ki, Tramp hakimiyyəti İsrail höküməti ilə çox bağlıdır. Xatırlayırsınızsa Amerika Səfirliyinin Qüdsdən köçürülməsi ilə bağlı uzun illər boyunca heç bir Prezident qərar vermədiyi halda Tramp bu addımı atmışdı. Yəni Bayden hökuməti açıqlama verə bilər ki, Suriyadakı mövcudluğumuzu genişləndirməyəcəyik. Amma Bayden İsrailin Həmas ilə mübarizəsindən və Bəşər Əsəd rejimi bitdikdən sonra oradakı Həmas mövqelərini vurdu. Eləcə də Türkiyənin Suriyaya olan həssaslığı göz önündədir. Bundan başqa kürd silahlı birləşmələri Vaşinqtonu dəstəkləyir və Amerikanın orada öz planları var. Yəni Baydenin verdiyi qərarlar müvəqqətidir. Tramp gəldikdən sonra bu qərarları dəyişdirmə iqtidarında olacaq. Həmçinin Amerikanın Suriyada mövcudluğu daha da genişləndiriləcək. Bu bir strateji plandır. Çünki Xameneinin bazası Rusiyanın əlindən çıxacaq. Həmçinin Putinin bütün güclərini Ukraynaya yönləndirəcəyi bir dönəmdə Aralıq dənizi sahillərində ABŞ-ın növbəti hərbi bazasının yerləşdirilməsi də heç istisna deyil. Suriyanın yeni qurulacaq hökuməti buna necə münasibət göstərəcəyi isə hələ bilinmir. Çünki onlar Amerika ilə çox yaxşı münasibətlərdə deyillər. Amma Tramp hökuməti gəldikdən və Suriya ilə bağlı qərarlar verdikdən sonra əsas reallıqların şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Hatipoğlu: “Brüs Uillis sevgilimi öpdü, dəli oldum!”
13:48 12.12.2025
Şou
Sabir Rüstəmxanlı: "Məsələni şişirtməyə ehtiyac yoxdur"
13:40 12.12.2025
Siyasət
Putin və Pezeşkian Aşqabadda görüşüblər
13:34 12.12.2025
Gündəm
son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub
13:24 12.12.2025
Sosial
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya
Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH
11:56 12.12.2025
Gündəm
Ukrayna üçün seçimlər ağrılıdır - Fidan
11:49 12.12.2025
Dünya
Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib
11:27 12.12.2025
Dünya