Tramp: Ukraynada seçki keçirilsə, o, qalib gələ bilər

“Ukraynada prezident seçkilərinin keçirilməsi vaxtıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Hesab edirəm ki, indi seçkilərin keçirilməsi üçün ən uyğun vaxtdır. Onlar müharibədən seçki keçirməkdən yayınmaq üçün istifadə edirlər, amma məncə, seçimi Ukrayna xalqı etməlidir. Bəlkə də Zelenski qalib gələrdi. Kimin qalib gələcəyini bilmirəm. Amma çoxdandır seçki keçirmirlər. Bilirsiniz, demokratiyadan danışırlar, amma iş o yerə çatır ki, o, artıq demokratiya deyil”, - o, “Politico”ya müsahibəsində bildirib.