ABŞ Konqresinin Nümayəndələr Palatası Texas nümayəndəsi demokrat El Qrinin Prezident Donald Trampa qarşı irəli sürdüyü impiçment qətnaməsini qəbul etməyib.
Teleqraf xəbər verir ki, səsvermədə 237 konqresmen impiçment təşəbbüsünün rədd edilməsinin lehinə, 140 nəfər əleyhinə səs verib, 47 nəfər isə bitərəf qalıb.
Beləliklə, sənəd baxılmaq üçün qəbul edilməyib.
El Qrin Trampı hakimiyyətdən sui-istifadə etməkdə, nifrət və zorakılıq təşviq etməkdə, demokratik institutları sarsıtmaqda ittiham edirdi. O, xüsusilə Trampın demokrat qanunvericilərin hərbçilərə əmrləri yerinə yetirməməyi təşviq etməsi ilə bağlı söylədiyi sözləri xatırladaraq bunun “qiyama təhrik” kimi ölüm cəzası ilə cəzalandırıla biləcəyini deməsini misal gətirib.
Qrin həmçinin prezidentin federal hakimlərə təzyiq etdiyini, məhkəmə sisteminin müstəqilliyini sarsıtdığını və ölkədə siyasi motivli zorakılıq təhlükəsinin artmasına səbəb olduğunu iddia edib.