Trampdan Ərdoğanla bağlı diqqətçəkən açıqlama: Bir problem yaranan kimi...

NATO üzvü olan bir sıra dövlətlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fikir ayrılığı yarandıqda məndən yardım istəyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində deyib.

D. Trampın sözlərinə görə, Türkiyə Alyans üçün çətinlik yarada bilən ölkələrdən biridir:

"Ərdoğan mənim dostumdur. NATO ölkələrinin liderləri onunla danışmaqda çətinlik çəkdikdə məndən xahiş edirlər ki, ona zəng edim. Çünki özləri bunu edə bilmirlər. O, asan adam deyil".