Trampın keçmiş köməkçisi Con Boltonun kompüteri və telefonları müsadirə edildi
10:36 05.09.2025
Dünya
277
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Prezident Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Boltonun evində axtarışlar apardıqları zaman onun kompüterlərini, telefonlarını və sənədlər olan qovluqlarını müsadirə ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" nəşri məhkəmə sənədlərinə istinadən məlumat verib.
Məlumata görə, Con Bolton məxfi sənədlərə icazəsiz sahib olmaqda və milli müdafiə məlumatlarının işlənməsi zamanı pozuntulara yol verməkdə ittiham olunur.
Nəşr qeyd edib ki, ABŞ qanunvericiliyi bu cür qanun pozuntularına görə 10 ilədək həbs cəzasını nəzərdə tutur.
Bildirilib ki, məhkəmə sənədlərində FTB agentlərinin axtarış zamanı Boltonun evində hər hansı məxfi qrifli sənəd tapa bilib-bilməkləri və ya ondan müsadirə edilmiş iki telefon, üç kompüter və bir cüt sərt diskdə oxşar materialları tapıb-tapmadıqları göstərilmir.
Son dərəcə mühafizəkar baxışları ilə tanınan Bolton Trampın ilk administrasiyası dövründə (2018-2019) onun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. O, xarici siyasətlə bağlı ABŞ lideri ilə fikir ayrılığına görə istefaya göndərilib. Nəticədə Bolton Trampın ən qızğın tənqidçilərindən birinə çevrilib. Prezidentin keçmiş köməkçisi öz xatirələrində bir il yarım ərzində Ağ Evdə siyasətin qurulması prosesinin təfərrüatını tənqidi şəkildə təqdim edib. Bununla əlaqədar, ABŞ səlahiyyətliləri Boltonun dövlət sirrini təşkil edən məlumatları açıqlamamaq öhdəliyini pozduğunu bəyan ediblər.
Avqustun 22-də "Fox News" telekanalı mənbələrə istinadən xəbər verib ki, FTB Boltonun məxfi sənədləri saxlaması ehtimalı ilə bağlı araşdırma çərçivəsində onun evində axtarış aparıb. Telekanalın məlumatına görə, axtarışlar "potensial məxfi sənədlər" üzərində cəmlənib ki, müstəntiqlərin fikrincə, Bolton hələ onları saxlamış ola bilər. O, nəzarətə götürülməyib və ya həbs edilməyib. Tramp bildirib ki, Boltonun evində axtarış aparıldığını KİV-dən öyrənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol