
Trampın yenidən iqtidara gəlməsi nələrisə dəyişəcəkmi? -ANALİZ
11:57 06.11.2024
Dünya
558
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.
Tramp bu barədə Floridada brifinqdə danışıb. O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib. Tramp qeyd edib ki, bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi.
indi əsas məsələ geosiyasi müstəvidə nələrin dəyişə biləcəyi hərkəsdə sual doğurur?
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, artıq Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin ilkin hesablanmalarına görə Donald Tramp qalib gəlib:

“Donald Trampın yenidən iqtidara gəlməsi nələrisə dəyişəcəkmi? məsələsinə obyektiv baxmaq üçün Amerika siyasətini nəzərdən keçirmək lazımdır. Çünki Amerika siyasətində prezidentlərin rolu o qədər də önəmli deyil. Dövlətin siyasətinin müəyyənləşdirilməsində ABŞ konqresi, Nümayəndələr Palatası və “Ağ Ev”də önəmli rol oynayır. Donald Trampın ilk prezidentlik dönəmində də Amerika siyasətində kəskin fərqlər olmadı. Bəzi məsələlərdə Barak Obamanın ziddinə sayılacaq qərarlar verilsə də, Amerikanın dövlət olaraq dünyaya baxışı dəyişməmişdi. Çünki Amerikanın xarici siyasətinin əsas faktoru hakimiyyətdə kimin və hansı partiyanın olmasından asılı olmayaraq, ABŞ dominantlığını təmin etməkdən ibarətdir”.
Ekspert bildirib ki, sadəcə olaraq namizədlər arasında bəzi yanaşmalar fərqlidir:
“Donald Tramp Rusiyaya qarşı mübaribəzi Amerikanın xarici siyasətinin ikinci məsələsi kimi görəcək. Əsas prioritet məsələ olaraq Amerika xarici siyasətinə təhlükə kimi Çin və İranla mübarizə apara bilər. Amma tamamilə Tramp tərəfindən Rusiyaya qarşı mübarizənin dayandırılması, Ukraynaya dəstəyin azaldılması indiki vəziyyətdə real deyil. Donald Tramp çox yaxşı başa düşür ki, Amerikanın hegemonluğu qoruması üçün Avropa və NATO ilə əlaqələri vacibdir. Həmçinin Rusiyanın Ukraynada qələbə qazanması Avropanın maraqlarına zərbə vurduğu qədər ABŞ-nin də xarici siyasət maraqlarına ziyandır. Çünki bu Amerikanın əsas rəqiblərindən olan Rusiyaya məğlubiyyəti deməkdir. Bu mənada Trampın siyasəti Ukraynanın Rusiyaya məğlub olmaması səviyyəsində davam edəcək. Digər tərəfdən Donald Tramp Zelenski iqtidarına məhz sülh variantlarına isti baxması üçün təzyiqlər göstərə bilər. Eyni zamanda Donald Trampın gəlişi ilə Amerikanın Yaxın Şərq siyasəti şəkillənəcək. Türkiyə ABŞ münasibətləri yenidən yaxınlaşma səviyyində ola bilər. Co Baydenin prezidentliyi dövründə İran Yaxın Şərq ciddi təsir nöqtələri əldə etmişdi. Amerika bir növ Yaxın Şərq siyasətində müəyyən uğursuzluqlar qazanmışdı. Ona görə də Donald Tramp Amerikanın Yaxın Şərqdə təkbaşına uğur əldə edəcəyinə inanmır. Bu nöqtədə isə ən effektiv tərəşdaş olaraq Türkiyə ilə münasibətləri normallaşdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya