Türkiyə XİN: "Aİ ölkəmizə qarşı ədalətsiz davranır, qitə təhlükəsizliyinə təhdid yaradır"
Yusif Sultanoğlu
05:34 09.11.2023
Dünya
543
“Avropa İttifaqı (Aİ) ölkəmizə qarşı ədalətsiz və qərəzli davranır”.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Aİ-nin dünən, noyabrın 8-də quruma namizəd ölkələrlə bağlı yaydığı hesabata münasibətində qeyd olunub.
Bildirilib ki, Aİ-nin bu yanaşması bir çox təhlükə ilə üzləşən qitənin gələcəyi üçün əlavə narahatlıqlar yaradır: “Biz əsassız iddiaları və haqsız tənqidləri qəti şəkildə rədd edirik. Xüsusilə, məhkəmə sistemi və insan azadlıqları ilə bağlı iddiaları qəbul etmirik”.
Vurğulanıb ki, Aİ ədalət və inklüzivliyə əsaslanan genişlənmə siyasəti aparmalıdır: “Bu qurum etiraf edir ki, Türkiyə-Aİ əlaqələrinin hər sahədə gücləndirilməsi zərurəti indi əvvəlkindən daha vacibdir. Türkiyənin Aİ-yə üzvlüyü sadəcə ritorika ilə məhdudlaşmamalıdır. Bu, Aİ-nin əməli addımlarında da özünü göstərməlidir. 2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən sonra Aİ-nin göstərdiyi həmrəyliyi yüksək qiymətləndiririk. Eyni həmrəylik və əməkdaşlıq ruhuna əsaslanaraq, biz Aİ-ni Türkiyənin üzvlük prosesi qarşısındakı maneələri aradan qaldırmağa, daha çox məsuliyyət götürməyə çağırırıq”.
Xatırladaq ki, Aİ dünən yaydığı hesabatda rəsmi Ankaranın quruma üzvlüyə hələ tam hazır olmadığını bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət