Ukraynalı qadının göz yaşları...
Yusif Nəzərli
06:10 12.03.2022
Dünya
541
"Anam, atam “biz Vətən xaini deyilik” dedilər..."
"Ailəm qəhrəmandır. Evimə, həyat yoldaşıma qovuşdum. Ancaq qəlbim, ruhum Ukraynadadır"
Valideynlərini ziyarət etmək üçün Türkiyədən Ukraynaya getmiş gənc qadın Shizhana Bora özüylə apardığı yaş yarımlıq qızı ilə müharibənin cənginə düşüb. Gənc qadın həftələr sonra, nəhayət, Türkiyəyə qayıda bilib. Həyat yoldaşı Kutsal Boraya və evinə qovuşub. Shizhana Ukraynada baş verənlər barədə İHA müxbirinə danışıb.
“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, gənc qadın valideynləri – 48 yaşlı anası və 52 yaşlı atasına Türkiyəyə getməyi təklif etdikdə, onlar Ukraynanı tərk etməyəcəklərini deyiblər: “Anam hərbi hospitalda çalışan həkimlərə yardım edir, həm də yaralılar üçün yemək bişirir. Anamı da, atamı da Türkiyəyə dəvət etdim. Ancaq onlar “hər kəs çıxıb gedərsə, bəs Vətəndə kim qalacaq? Taleyimizə nə yazılıbsa, onu da yaşayacağıq. Gərəkirsə, barada öləcəyik, amma Vətənimizi tərk etməyəcəyik”, dedilər. Anam dedi ki, qızım, sənin övladın var, sən qayıt.
Bizsə, burdakı övladlarımıza, əsgərlərimizə yardım edəcəyik”. Shizhana deyib ki, atası da cəbhəyə gedib, ondan hələ də bir xəbər ala bilməyiblər. Türkiyə vətəndaşı ilə evli olan gənc qadın evinə döndüyü üçün özünü xoşbəxt hiss etdiyini deyib, lakin əlavə edib ki, qəlbi, ruhu Ukraynadadır: “Ailəm qəhrəmandır. Evimə, həyat yoldaşıma qovuşdum. Ancaq qəlbim, ruhum Ukraynadadır. Əhalini, uşaqları öldürürlər. Amma biz güclü ölkə, güclü millətik.
Bu müharibə sona çatmadan rahatlığımız olmayacaq. Sülh üçün nə lazımdırsa, onu edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə