Ukraynaya aviasiya hissələri göndərmək istədi - Rusiyada 13 il həbs aldı

Rusiyada Ukraynaya hərbi aviasiya üçün ehtiyat hissələri göndərməyə cəhd edən 59 yaşlı şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs Rusiyada hərbi helikopter və təyyarələr üçün nəzərdə tutulan aviasiya podşipnikləri alaraq onları Ukraynanın hərbi aviasiyasına xidmət göstərən əsas müəssisələrdən biri olan "Motor Siç" şirkətinə göndərməyi planlaşdırıb. FSB əməliyyat nəticəsində bu cəhdin qarşısının alındığını bildirib.

Moskva Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində 13 il azadlıqdan məhrum edilib və 1 milyon rubl məbləğində cərimələnib. Hökm qanuni qüvvəyə minib.