
Vaşinqton-Ankara xəttində gərginlik azalır
21:51 07.01.2024
Dünya
449
Blinkenin Türkiyə səfəri uğurlu olub Yaxın Şərqdə proseslər tamamilə aktiv fazaya keçib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib. Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də, regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub. Blinken və Ərdoğan həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər. Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüş zamanı da bənzər məsələlər müzakirə olunub. Fidan həmsöhbətinə Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini bildirib. O, həmçinin deyib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək. İki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidan, dərhal atəşkəs elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu vurğulayıb. O, iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlamasına çağırıb. Qara dənizdə gərginliyin olmasını istəmədiyimizi bildirən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyimiz səylərə də toxunub. Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Yaxın Şərqdə proseslər tamamilə aktiv fazaya keçib. Ekspert qeyd edib ki, Türkiyənin burada və digər regionlarda rolu danılmazdır:

"ABŞ çalışırdı ki, Türkiyəni prosesdən kənarda saxlasın. Xüsusən, HƏMAS məsələsində, Suriyanın şimalında baş verən proseslərdən Ankaranı uzaqlaşdırmaq istəyirdi. Məlumdur ki, Türkiyə Suriyanın şimalında PKK-YPG təşkilatlarına qarşı antiterror əməliyyatları icra etməkdədir. ABŞ Yaxın Şərqlə bağlı planlarını, İran məsələsini Türkiyə ilə müzakirə edir. Həmçinin Cənubi Qafqazdakı proseslər, Azərbaycan-Ermənistan arasında sülh danışıqları və digər məqamlar müzakirə predmeti olub. Vaşinqton Türkiyənin İrəvan-Bakı arasındakı sülh prosesində iştirakını dəstəkləyir.
İsrail Yaxın Şərq məsələsində Türkiyənin aktiv rolunu qəbul etmir. Türkiyə isə öz aktiv fəaliyyətindən geri çəkilmək istəmir. Vaşinqton da artıq Türkiyənin prinsipiallığını qəbul edir və Ankara ilə bir çox məsələdə ortaq siyasət həyata keçirməyi planlaşdırır. Ona görə də A.Blinken Türkiyəyə səfər etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm