
Vəfalı it-3 ay sahibinin çürümüş cəsədinin yanında qaldı
06:49 15.11.2023
Dünya
510
3 ay əvvəl ABŞ-nin Kolorado ştatındakı San Juan dağlarına yürüşə çıxan 71 yaşlı idmançı Rik Moordan bu günlərdə xəbər alınıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, idmançı haqqında ən son məlumat 3 min 800 metr hündürlüyündəki Bləkhid zirvəsinə çatdıqda alınıb. Bundan sonra isə ailəsinin onunla telefon bağlantısı kəsilib. Rik Moor yürüşə iti Finni ilə birgə gedib. Onunla əlaqə kəsildikdən sonra xilasedicilər dəstəsi ətrafda axtarışlara başlayıb. Lakin axtarışlar nəticəsiz olub. Oktyabrın 30-da isə yaxınlıqdakı ərazidə gəzən bir ovçu cəsəd görüb və bu barədə xilasedicilərə məlumat verib. Ovçunun nişan verdiyi əraziyə gələn xilaasedicilər cəsədin Rik Moora aid olduğunu müəyyənləşdirib
. Heyrətli olansa budur ki, xilasedicilər idmançının iti Finnini çürümüş cəsədin yanında görüblər. Rik Moorun hansı vəziyyətdə, nə səbəbdən vəfat etdiyi bilinmir. Məlum olan "Jack Russell terier" cinsindən olan itin sahibindən ayrılmaması, təxminən 3 ay ərzində cəsədin yanında qalmasıdır.

İtin 3 ay müddətində vəhşi təbiətdə sağ qalması, necə qidalandığı da təəccüblüdür. İdmançının cəsədi olan yer dik və sıldırım qayalardan ibarətdir. Yerli KİV-in məlumatına görə, aralarında Arkuleta əyalətinin polis idarəsi əməkdaşları və yerli orqanların nümayəndələri cəsədi götürmək üçün əraziyə gediblər. Polis ərazidə təhqiqat aparıb, lakin cinayət baş verməsinə dair bir dəlil, sübut tapılmayıb. İdmançının sadiq iti isə əvvəlcə yerli heyvan sığınacağına gətirilib, müayinə edildikdən sonra Moor ailəsinə təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə