Vəziyyət Ukrayna üçün ürəkaçan deyil
Yusif Nəzərli
08:40 05.03.2022
Dünya
792
Razılaşma müharibənin daha şiddətli mərhələyə keçməsi deməkdir
"Zelenski lider olaraq çətin vəziyyətdədir. Çünki onun qələbəsindən pay götürənlər çox olacaq, amma məğlubiyyətinə heç kim şərik olmayacaq"
Rusiya-Ukrayna danışıqlarının ikinci raundu da geridə qaldı. Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyakın məlumatına görə, tərəflər müvəqqəti atəşkəsi və humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər: “Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, atəşkəsin əldə edilməsi ərzaq və dərmanların çatdırılmasına şərait yaradılacaq. Onun sözlərinə görə, hər iki tərəfin buna ehtiyacı var:
Əgər razılaşmaya əməl edilərsə, Ukrayna zirzəmilərdə, eləcə də atəş altında qalan vətəndaşlarının evakuasiyasına nail olacaq. Ərzaq və dərman böhranı müəyyən qədər həll ediləcək və əlavə silahlar əldə etmək ehtimalı üçün zaman qazanacaq. Rusiya isə ordunu yenidən toparlaya və gücləndirə biləcək, dağılmış koordinasiyanı bərpa edəcək. Bu, müharibənin başa çatması yox, əksinə, daha da şiddətli mərhələyə keçməsi deməkdir.
Putin Makronla telefon söhbətində maksimal hədəflərinə nail olana qədər dayanmayacağını deyib. Yelisey sarayının rəsmi məlumatında “Prezident Makron həmkarı Putinin dediklərini nəzərə alaraq, ən pis vəziyyətin hələ qarşıda olduğu qənaətinə gəlib” deyilir. Putinin bir addım da olsun geri çəkilməməsinin səbəbi “çəkilməyə yerinin” olmaması ilə yanaşı, Ukraynanın Qərbdən lazımi qədər dəstək ala bilməməsidir.
Zelenskinin mətbuat konfransındakı açıqlamaları da bundan xəbər verir. Zelenskinin çıxışının ümumi məğzi budur ki, “dünya Ukraynaya dəstək məsələsində gec qaldı”.
A.Nərimanlıya görə, Kiyevin ən çox ehtiyacı olduğu iki məsələdə heç bir irəliləyiş yoxdur:
“Ya hava məkanı uçuşa qadağan olunmalı, ya da döyüş təyyarələri verilməlidir. Rusiya Ukrayna şəhərlərini bombalayarkən, Qərbdə dəstəklə bağlı aparılan müzakirələr zaman alır. Zelenskinin sözləri dəstək məsələsində Qərb cəbhəsini birləşdirməyə hesablanmış kimi görünə bilər.
Lakin hadisələrin inkişafı və Putinin artan aqressiyası fonunda Ukrayna üçün vəziyyətin ürəkaçan olmadığını da göstərir.
Zelenski lider olaraq çətin vəziyyətdədir. Çünki onun qələbəsindən pay götürənlər çox olacaq, amma məğlubiyyətinə heç kim şərik olmayacaq. Ukrayna prezidentinin açıqlamaları Putinin önünü açır.
Müvəqqəti atəşkəs razılaşması Rusiya ordusuna yenidən özünə gəlmək imkanı verəcək və Moskva köməksiz görünən Ukraynaya daha aqressiv hücumlar təşkil edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi