Xorvatiyanın paytaxtına Sovet istehsalı olan PUA düşüb - VİDEO
Yusif Nəzərli
13:19 11.03.2022
Dünya
665
Xorvatiya paytaxtının yaşıllıq ərazisinə pilotsuz uçuş aparatı düşüb, partlayış olub və hadisə yerində iri çuxur yaranıb. Ərazi mühasirəyə alınıb. Polis yaxınlıqda iki paraşüt aşkarlayıb. Ehtimal olunur ki, bu, Sovet istehsalı Tu-141 “Strij” PUA ola bilər.
Xorvatiya müdafiə naziri Mario Banojiç artıq məsələnin araşdırıldığını bildirib. Onun sözlərinə görə, Zaqreb ərazisinə düşən PUA ölkə üçün təhlükəli deyil.
“Biz NATO ilə intensiv əlaqə saxlayırıq. Mən Macarıstan və Sloveniyadan olan həmkarlarımla da danışmışam. Uçuş aparatı hava məkanına yerli vaxtla 22:57-də Macarıstan tərəfdən daxil olaraq orada 7 dəqiqə qalıb, 700 km/saat sürətlə hərəkət edib”, - deyə Banojiç bildirib.
Onun sözlərinə görə, PUA-nın hərəkət istiqaməti də müəyyən edilib.
“Güman ki, o, Xorvatiya üçün təhlükəli olmayıb, qorxmaq lazım deyil. NATO və bizim təhlükəsizlik xidmətlərimiz bu məsələ üzərində işləyirlər”, - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə