Yaşayan Nostradamusun 2024-cü il üçün proqnozları: Üçüncü dünya müharibəsi başlayacaq
Yusif Nəzərli
10:57 02.01.2024
Dünya
456
Yaşayan Nostradamus kimi tanınan görücü Athos Salome Britaniyanın “The Sun” qəzetinə 2024-cü il üçün əlamətdar proqnozlar verib.
"Sherg.az" xəbər verir ki Braziliyada yaşayan 37 yaşlı ekstrasensin sözlərinə görə, 2024-cü il hadisələrlə dolu bir il kimi görünür.
Əvvəllər koronavirusun yayılması, dünya çempionatının finalı, Putinin Ukraynaya hücumu və hətta kraliçanın ölümünü proqnozlaşdırdığı iddia edilən Salome-yə görə, bəşəriyyət nəhayət 2024-cü ildə yadplanetlilərlə təmasda olacaq. Ancaq bu əlaqə elmi fantastika filmlərində gördüyümüz işğal səhnələri deyil, teleskop tərəfindən çəkilən şifrəli siqnallar vasitəsilə reallaşacaq.
Salomeyə görə, xarici dünyanı kəşfimiz bununla bitmir.Zəngin materiallarla dolu asteroidin sürətlə Yerə doğru irəlilədiyini və sonunda təhlükəsiz yerə enəcəyini iddia edən ekstrasens, Çin və Rusiya kimi dövlətlərin sözügedən asteroid üçün Qərblə qarşı-qarşıya gələcəyini və bunun yeni bir "kosmos yarışını " başladacağını iddia edir.
Teslanın ABŞ-dakı Giga Texas fabrikində robotun mühəndisə hücumu 2023-cü ilin son günlərinə damğa vurdu və “süni intellekt”lə bağlı narahatlıqları artırdı. Braziliyalı ekstrasensin sözlərinə görə, insanlar süni intellektdən qorxmaqda tamamilə haqlıdırlar.
Salome, 2024-cü ilə qədər süni intellekt sistemlərinin özünüdərkə çatacağını və insan müdaxiləsi olmadan işləyə bilən şüurlu rəqəmsal ağıllara çevriləcəyini proqnozlaşdırır. Oracle bunu "AI-nin oyanışı" adlandırır və robotların insanın qavraya bilməyəcəyi bir dil inkişaf etdirərək öz yaradıcılarından yan keçə biləcəyini iddia edir.
Salome Sun-a bildirib ki, III Dünya Müharibəsi artıq ehtimaı deyil , “acı bir reallıqdır”. Ancaq bu təhlükə hamının düşündüyü kimi Rusiya-Ukrayna və ya Həmas-İsrail cəbhəsindən gəlmir. Braziliyalının sözlərinə görə, üçüncü dünya müharibəsi Cənubi Çin dənizində baş verən hadisə ilə birdən-birə baş verəcək.
Salome həmçinin bildirib ki, Çin və Rusiya kimi fövqəldövlətlər arasında formalaşan yeni oxun dünyanı hərtərəfli müharibəyə sürüklənməsinə səbəb ola biləcəyini, bunun da iqtisadiyyatlarda böyük tənəzzüllə yekunlaşacağını bildirib.
Təbii fəlakətlərin 2024-cü ildə dünyanı viran qoyacağını iddia edən Salome, bu fəlakətlərin harada baş verəcəyini bildiyini iddia edir və üç əsas ağrı nöqtəsini proqnozlaşdırır: Cənubi Sudan, Somali və Yəmən.
Bu arada Salome deyir ki, Birləşmiş Ştatlar diqqətini od və su ilə mübarizəyə yönəldəcək. Onun sözlərinə görə, qasırğalar və tropik tufanlar Meksika körfəzi yaxınlığında ölümcül daşqınlara səbəb olacaq. Kaliforniya, Oreqon və Vaşinqtonda meşə yanğınları artacaq.
2024-cü il üçün çox pessimist bir mənzərə təsvir edən ' canlı Nostradamus ' iddia edir ki, onun məqsədi panika yaratmaq deyil, insanları xəbərdar etməkdir. Proqnozlarının heç birinin dəqiq olmadığını vurğulayan Salome, müsbət həllərin onları dəyişdirə bilmə ehtimalının hər zaman olduğunu bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual