Yaxın iki həftəyə cəbhədə vəziyyət tam aydınlaşacaq
Yusif Nəzərli
01:36 19.03.2022
Dünya
658
Böyük ehtimalla Rusiyanın hərbi cəhətdən Ukraynada qələbə qazanmadığı təsdiqlənəcək
"Bir qədər toparlanmaq, ehtiyat bölmələri cəm etmək üçün Rusiyanın zamana ehtiyacı var. Tərəflər arasında baş tutacaq görüş ciddi nəticə verməsə belə Moskva istədiyi vaxtı qazanmış olacaq"
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Moskvadan sonra getdiyi Ukraynanın Lvov şəhərində bu ölkənin Xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Çavuşoğlu Rusiya və Ukrayna səfərləri nəticəsində tərəflər arasında atəşkəs ümidlərinin bir az da artdığını bildirib. Türkiyə XİN başçısı Türkiyənin bu böhranda prinsipial mövqe sərgilədiyini qeyd edib. Nazir vurğulayıb ki, müharibə ən tez zamanda bitməlidir.
Dmitro Kuleba da Türkiyənin müharibənin ilk günündən prinsipial mövqe sərgilədiyini bildirib. O, sülh hədəfinə çatmaq üçün Türkiyə ilə əməkdaşlığı səbirsizliklə gözlədiklərini ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmkarı V.Zelenski ilə telefon danışığından sonra Rusiya rəhbəri Putinlə də telefon əlaqəsi saxlayıb. Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşmək istədiyini vurğulayan Mövlud Çavuşoğlu belə bir görüşə ev sahibliyi etmək istədiklərini bildirib. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da bəyan edib ki, Putin-Zelenski görüşü razılıq yekunlaşdıqdan sonra yaxın həftələrdə baş tuta bilər. Onun sözlərinə görə, ilkin anlaşma tərəflərin işğal olunmuş Donbasla bağlı razılaşmalarından asılıdır.
Tərəflərin yüksək səviyyədə görüş ehtimalı və kompramis müzakirələri barədə “Şərq”ə danışan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri deyib ki, Rusiya savaş öncəsi öz təhlükəsizliyini bəhanə edir və Qərbdən zəmanət istəyirdi. Analitik bildirib ki, Kreml Kiyevin NATO-dan birmənalı imtinasını tələb edirdi. Ancaq müharibə davam etdi, insanlar öldü, şəhərlər dağıldı və vəziyyət kritikləşdi:
“Rusiya məqsədlərinə çatmasa da, müharibənin uzanması Ukraynada ciddi fəlakətlərə səbəb olur. Çünki müharibə meydanı Ukraynadır. O baxımdan hazırda tərəflərin açıqlamalarında müəyyən yumşalmalar sezilməkdədir. Həm də Kiyev gördü ki, NATO və Avropa İttifaqı Ukraynanı üzv qəbul etmək, onlara dəstək vermək niyyətindən çox uzaqdır. Rusiyanın üzləşdiyi çətinlik də göz önündədir. Ukrayna ilə savaşa cəlb olunmuş rus hərbçilərinin və texnikasının 40 faizi məhv edilib.
Moskva əvəzedici resursları tapa bilmir. Hətta digər ölkələrdəki hərbi bazalarından Ukraynaya canlı qüvvə və hərbi texnika sövq edir. Bir qədər toparlanmaq, ehtiyat bölmələri cəm etmək üçün Rusiyanın zamana ehtiyacı var.
Tərəflər arasında baş tutacaq görüş ciddi nəticə verməsə belə Moskva istədiyi vaxtı qazanmış olacaq. Sözün açığı, inanmıram ki, Kreml həqiqətən də müharibəni dayandırmaq və ciddi danışıqlar, güzəştlər barədə düşünür.
Bu, vaxt qazanmağa hesablanmış taktiki gedişdir. Fikir verirsizsə, rus hərbçilərinin Ukraynada bütün istiqamətlərdə hücumları dayanıb, sadəcə iki istiqamətdə irəliləyiş cəhdləri var. Bu hücumların da qarşısı Ukrayna tərəfindən birmənalı alınır”.
N.Miri diqqətə çatdırıb ki, yaxın iki həftə ərzində cəbhədəki vəziyyət tamamilə aydınlaşacaq: “Böyük ehtimal Rusiyanın hərbi cəhətdən Ukraynada qələbə qazanmadığı təsdiqlənəcək. Digər yandan isə Rusiya iqtisadiyyatı böyük zərərlə üzləşəcək.
Moskva beynəlxalq aləmdən təcrid olunmuş durumdadır. Rusiyanın işğalına dair Beynəlxalq Haaqa Cəza Məhkəməsində qərar qəbul olunub və rusların qeyd-şərtsiz Ukraynanı tərk etməsi tələb edilib. Görüşün daha tez baş tutması və hər hansı razılaşma döyüş meydanındakı nəticələrdən asılı olacaq. Kimin daha üstün olduğu aydınlaşandan sonra masada danışıqlar başlayacaq.
Ukrayna hökuməti və xalqı ərazi bütövlüyü və suverenlik məsələsinə “qırmızı xətt” kimi baxır. Ukrayna xalqı artıq müharibənin nə olduğunu bilir, bu qədər zaman keçəndən sonra onları rus raketləri ilə “sındırmaq”, nəyəsə məcburi razı salmaq mümkün deyil.
Tərəflərin ilkin ortaq məxrəcə gəldiyi məsələ atəşkəsin imzalanması ola bilər. Bunun ardınca rus qoşunlarının dərhal Ukraynadan çıxarılması və Donetsk və Luqanskın Kiyevin nəzarəti altında hansısa statusa malik olması məsələləri müzakirə olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya