
Yeni hökumət: Gürcüstan xarici siyasətində Qərb və Şərq arasında balans yaratmağa çalışacaq
09:29 06.02.2024
Dünya
654
Gürcüstan parlamentində dünəndən yeni hökumətə etimad göstərilməsi prosedurlarına start verilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament komitələrində, fraksiya və siyasi qruplarda aparılan müzakirələrdən sonra məsələ plenar sessiyaya çıxarılacaq.
Hakim “Gürcü Arzusu” partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.
Gürcüstan hökumətinin yenilənmiş fəaliyyət planında ölkənin Avropa istiqamətində səylərinin davam etdiriləcəyi, strateji tərəfdaşlarla intensiv əlaqələr və vətəndaşlara qayğı yer alıb. Həmçinin ölkədə sabitlik və təhlükəsizlik, suverenliyin gücləndirilməsi, Rusiya-Gürcüstan münaqişəsinin dinc yolla həlli və Gürcüstanın ərazi bütövlüyünün bərpası kimi prioritet istiqamətlərin dəyişmədiyi, bütün önəmli layihələrin və təşəbbüslərin davam etdiriləcəyi qeyd olunub.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstanın xarici siyasətində güclü dəyişiklik olmayacaq:

"Çünki xarici siyasət "Gürcü Arzu" partiyası və Gürcüstanın boz kardinalı İvanaşvilinin istədiyi kimi davam edəcək. Ona görə də baş nazirin yerinə başqasının gəlməsi reallıqda hansısa məsələnin radikal şəkildə dəyişməsinə gətirib çıxarmayacaq. Burada açıq şəkildə elan edilib ki, bir tərəfdən Avropaya inteqrasiya, digər tərəfdən isə Rusiya ilə münasibətlərin dinc yolla həlli məsələsi ortaya qoyulub. Faktiki olaraq Gürcüstan hökuməti balans siyasətinə davam edəcək. Qərb tərəfindən artan təzyiqlər və Ukrayna müharibəsindən sonra Rusiyanın müəyyən qədər zəifləməsi Gürcüstanı üzdə daha çox Qərbpərəst göstərə bilər. Amma reallıqda Tbilisi Rusiya ilə siyasi əlaqələrini qoruyub saxlayacaq. Yəni Gürcüstan xarici siyasətində Qərb və Şərq arasında balans yaratmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat