Zaxarova İtaliya XİN rəhbərinin Aİ ordusu yaratmaq təklifinə cavab verib
15:53 07.01.2024
Dünya
386
İtaliyanın xarici işlər naziri Antonio Tayani sülhü qorumaq üçün Aİ ordusunun yaradılması ilə bağlı ideyalar irəli sürməzdən əvvəl, ilk növbədə, ittifaqın sərhədlərini qoruyaraq, qaçqın və miqrantlar məsələsini humanist şəkildə həll etməyi öyrənməlidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
Ətraflı
Avropa İttifaqında “sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrinin” formalaşdırılmasını təklif edən İtaliya XİN başçısının bəyanatına rusiyalı diplomat ironiya ilə münasibət bildirib.
"Aİ ordusu? Bəlkə COVİD-ə qarşı öz peyvəndinizi inkişaf etdirməklə başlayasız? Ya da beynəlxalq öhdəliklərə uyğun olaraq Avropa İttifaqının sərhədlərini insancasına qorumağı öyrənəsiz? Qaçqınlar və miqrantlar məsələsini həll edib, ondan sonra ordu yaradasız? Vahid ordu formalaşmazdan əvvəl onun hansı yanacaqla işləyəcəyini və uçacağını anlamaq yaxşı olardı. Əks halda, Amerika prezidenti Brüsselə gəlib deyəcək ki, Aİ ordusu onun işarə etdiklərinə hücum etməsə, yanacağın qiymətini qaldıracaq”, deyə Zaxarova müvafiq təşəbbüsü şərh edərkən qeyd edib.
Rusiya XİN sözçüsü İtaliya nazirini hər bir NATO ölkəsinin ümumi kassaya nə üçün böyük məbləğlər ödəməli olduğu barədə düşünməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm