Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 15-də Almaniyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
O, Berlində Almaniya kansleri Fridrix Merzlə görüş keçirəcək. Görüşdə Böyük Britaniya və Fransa nümayəndələri də iştirak edəcək. Bundan başqa, Polşa və İtaliya nümayəndələrinin də iştirakı gözlənilir.
ABŞ nümayəndələrinin bu görüşə qatılıb-qatılmayacağı hələlik məlum deyil.