Zelenski hökumətdə dəyişikliklərə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin yenilənəcəyini və Nazirlər Kabinetində kadr dəyişikliklərinin aparılacağını açıqlayıb.

Şerg.az xəbər verir ki, Zelenski bu məsələni Baş nazir Yuliya Sviridenko ilə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, hökumətdə nəzərdə tutulan dəyişikliklər parlamentlə birgə həyata keçiriləcək.