Zelenski Rusiyanın 51 şirkətinə sanksiya tətbiq etdi: Siyahıda Belarus da var
14:14 18.04.2025
Dünya
542
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 51 şirkəti və bir Belarus müəssisəsinə qarşı sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə cümə günü onun saytında dərc edilmiş fərmanda deyilir.
Saytda Rusiyada qeydiyyatdan keçmiş 51 şirkət də daxil olmaqla bir sıra şirkətlərə və fiziki şəxslərə qarşı dövlət sanksiyalarının tətbiqi ilə bağlı fərmana düzəlişlərin mətni dərc edilib. Sənəddə qeyd olunan müəssisələr, xüsusilə, metallurgiya, kimya sənayesi və rabitə sahələrində fəaliyyət göstərir.
Bundan başqa dövlət qurumları və ofislər üçün mebel istehsal edən Saranskın “103 Arsenal” şirkəti, reagentlər, əczaçılıq və dezinfeksiya vasitələri istehsal edən “Altay Ximprom” zavodu, “Baltic Industrial Company” dəzgah istehsalı, “elektrotexnika zavodu” və digərləri də var.
Həmçinin poliester saplardan, toxunmamış materiallardan və plastikdən məhsullar istehsal edən Belarusun Svetloqorsk Ximvolokno şirkətinə qarşı sanksiyalar tətbiq edilir.
Sənədə əsasən, sanksiyalara dövlət mükafatlarından məhrumetmə, aktivlərin bloklanması, vəsaitlərin Ukraynadan kənara köçürülməsinin qarşısının alınması, ticarət müqavilələrinə xitam verilməsi və ticarət əməliyyatlarının aparılması daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm