Filippinin cənubunda altı xarici vətəndaşı daşıyan şəxsi təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, xilasedicilər qəza yerində işləyirlər, lakin təyyarədə olanların taleyi hələ də məlum deyil.
"Ölüm və ya xəsarət alma ehtimalı barədə məlumat yoxdur. Qəzanın səbəbi müəyyən edilməyib. Təyyarənin modeli, uçuş marşrutu və ya göyərtədəkilərin vətəndaşlığı barədə də məlumat verilməyib", - məlumatda qeyd olunub.