Kardioloq: Həyat məqsədlərinin olmaması beyni qocaldır

Yeni məqsədlər müəyyənləşdirmək və mütəmadi zehni fəaliyyətlə məşğul olmaq beynin qocalmasının qarşısını almağa, orqanizmin resurslarını qorumağa kömək edir.

Sherg.az xəbər verir ki, bu barədə kardioloq, terapevt və funksional diaqnostika həkimi Andrey Kondraxin danışıb.

Həkimin sözlərinə görə, insan bütün vacib işlərini başa çatdırdığını və artıq qarşısına yeni məqsəd qoymağa ehtiyac olmadığını düşündükdə orqanizmdə qocalma prosesləri sürətlənə bilər.

Kondraxin bildirib ki, evin qurulması, övladların böyüməsi və digər əsas öhdəliklərin yerinə yetirilməsindən sonra insanın yeni hədəflər müəyyənləşdirməməsi beynin fəaliyyətini zəiflədə və durğunluğa səbəb ola bilər.

Onun fikrincə, gələcək məqsədlərdən imtina bioloji proseslərin tənzimlənməsinin zəifləməsi və maddələr mübadiləsinin yavaşlaması ilə əlaqəlidir. Əksinə, zehni fəallığın qorunması orqanizmin imkanlarını dəstəkləyir.

Həkim əlavə edib ki, beynin daha yaxşı oksigenlə təmin olunması üçün qulaqları ovuşdurmaq və ya barmaqları masaj etmək kimi üsulların elmi əsası yoxdur.