Xarici İşlər Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda qeyd edilir:

"Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.

Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik".