
Zelenskinin qərarı Rusiya üçün fəlakət olmayacaq
Yusif Nəzərli
11:28 12.03.2022
Dünya
1004
Əslində işçi ukraynalılar Rusiyada daha çox fəaliyyət göstərirlər
Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək. Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Kiyevdə Rusiya Federasiyasına və onun vətəndaşlarına aid əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsi imzalayıb. Bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat verib.
Sənəddə qeyd edilir ki, bu qanun Ukraynaya qarşı böyükmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial, o cümlədən hərbi zərurətdən irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.
Qeyd edək ki, Rusiyada da eyni ilə xarici şirkətlər milliləşdirilə bilər. Layihəyə əsasən, dövlətə məxsus "Vneşekonombank" və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək.

Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, bu, normaldır:
"İki dövlət savaşır. Əlbəttə ki, onlar bir-birinə hərbi, siyasi, iqtisadi baxımdan ziyan vurmaq məqsədi güdürlər. Çünki artıq hər iki dövlət düşmən ölkələrə çevriliblər. Rəsmi Moskva Ukrayna, rəsmi Kiyev Rusiya şirkətlərinə qarşı preventiv zərbələr endirir. Ukraynalılar işçi nöqteyi-nəzərdən Rusiyada daha çoxdur, nəinki ruslar Ukraynada. Ümumiyyətlə, 2014-cü ilə qədər Rusiya şirkətləri rəsmi Kiyevdə daha çox fəaliyyət göstərirdilər. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə rus şirkətləri oradan getməyə başlayıb. Hazırda düşünmürəm ki, Zelenskinin bu qərarı Rusiya üçün ciddi bir zərbə olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə