“Sherg.az” oxucularına görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin həyatı ilə bağlı maraqlı faktı təqdim edir.
H.Cavidin ev muzeyində bir masa var. Cavid Əfəndinin yazı stoludur. Mənası, anlamı isə dərindir. 4 iyun 1937-ci ildə H.Cavidin evində axtarış aparırlar. Hər yerə baxırlar, yalnız ordan- yazı masasının siyirməsindən başqa.
Stolun üstə süfrə olduğu üçün siyirmələri görmürlər. Cavid əfəndi isə müxtəlif qaralamalarını həmin siyirmələrə yığırmış. Beləliklə, əlyazmaları, “Azər” poemasının bir hissəsi cəlladların əlindən sağ qurtulur. Onları sonralar Turan xanım Cavid tapır.