Hakan Fidan: İŞİD necə sıradan çıxdısa, PKK da çıxacaq
Yusif Nəzərli
13:33 27.04.2025
Region
436
Türkiyə xarici işlər naziri Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman Al Sani ilə birgə mətbuat konfransı keçirib.
Teleqraf xəbər verir ki, o, çıxışında Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional sülh üçün vacib olduğunu bildirib.
"Suriyanın ərazi bütövlüyünü hədəf alan heç bir təşəbbüsü qəbul etmirik. Mərkəzi hakimiyyətin xaricində silah daşınmasına şərait yaradan heç bir təşəbbüsü də qəbul etmirik. YPG ilə Suriyadakı idarəetmə arasında son aylarda imzalanan razılaşmanın həyata keçməsini gözləyirik. İŞİD necə sıradan çıxdısa, PKK da çıxacaq. Ya öz istəyilə, sülh içində çıxacaq, ya da başqa cür", - deyə Hakan Fidan qeyd edib.
XİN başçısı ABŞ Prezidenti Donald Trampın mövqeyinin önəmli olduğunu və Fələstinin haqlı mübarizəsini müdafiə etməyə davam edəcəklərini bildirib:
Biz HƏMAS-ın daim mübarizədə olduğunu görürük. İsraildən də eyni şəkildə Fələstin Dövlətinin mövcudluğuna doğru addım atmasını gözləyirik. Gördüklərimiz açıqdır, imkan olduğu halda sülhə çatmalıyıq."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə