Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər

ABŞ və İran arasında mümkün yeni hərbi əməliyyatlar əvvəlki münaqişədən daha uzun müddət davam edə bilər.

"Report" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.

"Gələcəkdə mümkün müharibə əvvəlki münaqişələrdən daha uzun çəkə bilər və ABŞ Prezidenti onun nə müddətini, nə də başa çatma şərtlərini diktə edə biləcək", – o qeyd edib.

İranın ali rəhbəri Müctəba Hüseyni Xamenei bundan əvvəl ölkənin ali hərbi komandanlığı ilə görüş keçirərək yeni hərbi qarşıdurmaya hazırlıqla bağlı onlara "mühüm strateji göstərişlər" verib.

Bildirilib ki, Xamenei hərbçilərə döyüş əməliyyatlarının bərpası halında cavab zərbələri endirmək üçün ABŞ və İsraildəki potensial hədəflərin yenilənmiş siyahısını hazırlamağı tapşırıb.