Müəllimlərə və tələbələrə 50 faiz nəqliyyat güzəşti təklif olunur

  • Elçin Əfəndi: “TəhsilPlus” kartlarının imkanları genişləndirilməlidir

TəhsilPlus kartı olan təhsil işçiləri noyabrın 2-dən 30-dək həftəiçi hər -gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Güzəştdən yararlanmaq üçün TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edilməlidir. Kampaniya bazar ertəsindən cüməyədək qüvvədədir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır.

TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus verilir. Hazırda kartların təhsil işçilərinə təqdim edilməsi mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Aktiv istifadəçilərin sayı artıq 185 mini ötüb. Qeyd edilir ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Sherg.az-a açıqlamasında bildirib ki, “TəhsilPlus” kartları bir müddətdir istifadəyə verilib və onların tədricən bütün təhsil işçilərinə təqdim olunması nəzərdə tutulur. Bu layihə çərçivəsində Təhsilin İnkişafı Fondu, “Birbank” və “Mastercard” birgə əməkdaşlıq edir.

Ekspert hesab edir ki, kartın imkanları daha geniş ola bilər. Onun sözlərinə görə, hazırkı qərar noyabr ayı üçün nəzərdə tutulub və pilot layihə xarakteri daşıyır. Layihə faydalı olarsa, növbəti dövrlərdə də tətbiq edilə bilər:

“İstərdik ki, kartın faydaları daha çox olsun. Hazırkı qərar noyabr ayı üçün nəzərdə tutulub. Bu, pilot layihədir. Faydalı olarsa, növbəti dövr üçün də tətbiq edilə bilər. Biz tərəfdarıyıq ki, müəllimlərə, təhsilalanlara və tələbələrə daha çox imtiyazlar tanınsın.

Məsələn, xarici ölkələrin bəzilərində müxtəlif güzəştlər tətbiq olunur. Nəqliyyatda istifadə edilən kartlara birbaşa 50-60 gediş yüklənir. Bu limit istifadə olunduqdan sonra standart tarifə keçilir. Elə ölkələr də var ki, 10 aylıq və ya illik gediş haqları əvvəlcədən karta yüklənir və bu zaman gediş haqqı 50 faiz güzəştlə hesablanır.

Bizdə də belə tətbiqlər olsa, təhsil verənlər və təhsil alanlar üçün daha geniş imkanlar yaranar. Həmçinin, təkcə nəqliyyatda deyil, digər sahələrdə də müəyyən güzəştlər tətbiq edilsə, bu, təhsil işçiləri üçün faydalı olar”.

“TəhsilPlus” kartlarında güzəştlər artırıla bilər – Ekspertdən təklif

“TəhsilPlus” kartlarının imkanları genişləndirilməlidir – Elçin Əfəndi

Təhsil işçiləri üçün yeni güzəştlər: Nəqliyyatda 50 faiz endirim mümkün ola bilər

“TəhsilPlus” kartı ilə bağlı gözlənti: Güzəştlər digər sahələri də əhatə edə bilər